Xalık Bank Big Data texnologiyasına əsaslanan məlumat fabriki layihəsi

Həll:
Data Governance, məlumat fabriki, gölü və anbarı (Data Lake, DWH)
Məhsul:
Informatica

BİZNES TAPŞIRIQ

Xalık Bank (“Qazaxıstan Xalq Bankı” SC) Qazaxıstanın ən böyük kommersiya bankıdır. Bankın rəhbərliyi qarşısında aşağıda qeyd olunan qlobal vəzifələr dururdu:

  • Təkliflərin fərdiləşdirilməsi və tranzaksiya aktivliyinin stimullaşdırılması hesabına bankın komissiya gəlirlərini artırmaq;
  • Data Governance konsepsiyası çərçivəsində analitika və süni intellekt üçün vahid məkan və alətlər yaratmaq;
  • Bankın müştərilərinə dair biznes fərziyyələrinin işə salınması və sınaqdan keçirilməsi üçün miqyasca genişləndirilə bilən çevik məlumat platforması işləyib hazırlamaq;
  • Müştəri təcrübəsini yaxşılaşdırmaq üçün müxtəlif iş seqmentlərində süni intellekt alətlərini tətbiq etmək: fırıldaqçılığa qarşı, AML, intellektual çağrı mərkəzi və digər təşəbbüslər üzrə sistemlərin reallaşdırılması.

HƏLL

Həll olaraq DIS Group tərəfindən reallaşdırılan məlumat fabrikinin qurulması layihəsi seçilib.

Layihə Xalık Bankın yalnız pərakəndə satış istiqamətini deyil, eləcə də korporativ və SME istiqamətlərini əhatə edib. Layihənin icrası bu günə qədər davam edir; məlumat fabriki müştərilərlə qarşılıqlı əlaqələrə aid demək olar ki, bütün qərarların qəbul edilməsi proseslərinə, o cümlədən, cross sell və up-sell, risklərin qiymətləndirilməsi və fırıldaqçılığa qarşı mübarizə (anti-fraud), AML və əlaqə mərkəzində prediktiv xidmət, borclar barədə bildirişlərin yaradılması (soft-collection) və bir çox digər bank proseslərinə inteqrasiya olunacaq.

Müştərilərlə qarşılıqlı əlaqə kanallarının avtomatlaşdırılması və tənzimlənməsi bankın müxtəlif bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi ilə birlikdə həm fiziki, həm də hüquqi şəxslərə fərdiləşdirilmiş xidmət göstərməklə onların müştəri təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib.

Məlumat fabrikinin əsasını həm xüsusi mülkiyyətdə olan platformalardan, ilk növbədə Informatica şirkətinin məhsullarından, həm də açıq mənbə həllərindən istifadə etməklə qurulmuş yeni heterogen anbar təşkil edir. Oradakı məlumatlar bütün daxili korporativ və xarici mənbələrdən konsolidasiya olunacaq.

NƏTİCƏ

Məlumat fabriki layihəsi Xalık Bankın son 10 ildə ən mürəkkəb infrastruktur layihəsi olub.

Bu gün məlumat fabrikinin köməyi ilə rəqiblərlə müqayisədə daha sərfəli şərtlərlə kreditlərin verilməsi, müştərilərin tarixçəsi və mövcud vəziyyəti, o cümlədən onların davranış xüsusiyyətləri və üstünlük verdikləri fərdi seçimlər nəzərə alınmaqla bank məhsulları və bank ekosistemi məhsulları üzrə fərdi təkliflərin hazırlanması ilə əlaqədar olaraq hər saniyə 10 mindən çox qərar qəbul edilir.

Hazırlanmış təkliflər avtomatik olaraq müxtəlif kommunikasiya kanalları vasitəsilə müştərilərə göndərilir. Bu zaman kanal seçiminin cari əlçatanlığı, məhsuldarlığı və müştəri üçün aktuallığından asılı olaraq kanal seçiminin ağıllı tənzimlənməsi təmin edilir. Real vaxt rejimində aparılan təhlil müştərilərin əsas hadisələrinə reaksiya verməyə, eləcə də onları bank məhsullarına cəlb etmək üçün onlarla əlaqə saxlamağa imkan verir.

Xalık Bankda qurulmuş məlumat fabriki GlobalCIO tərəfindən təşkil olunan “İlin layihəsi-2021” müsabiqəsində “Analitika və Big Data” kateqoriyasında 1-ci yeri tutub.

“Big Data texnologiyasına əsaslanan məlumat fabriki layihəsi artıq biznesin texnologiyaya etibarını təmin edən və faiz gəlirlərini artırmağa imkan verən maliyyə üzrə ilk aydın nəticələri nümayiş etdirmişdir”
Anton Musin
Xalık Bank idarə heyəti sədrinin birinci müavini

Другие истории успеха

Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.