Informatica MDM Multidomain HUB

Biznesin effektivliyini artırmaq üçün etibarlı informasiyanın yaradılması
Informatica MDM Multidomain HUB

Məhsul haqqında

Informatica MDM Multidomain Hub platforması müştərilər, məhsullar, istinad xarakterli informasiya və istənilən digər master məlumat domenləri haqqında mühüm əhəmiyyətli məlumatlara vahid baxış əldə etmək imkanı verərək nəticə etibarilə biznesin müvəffəqiyyətini, müştərilərlə münasibətlərin inkişafını və xərclərin minimuma endirilməsini təmin edir.

Bu həll istənilən master məlumatları və istinad xarakterli informasiyanı vahid yerdə, yəni müştərilər, tərəfdaşlar və kontragentlər, təşkilatın aktivləri, satış nöqtələri, tədarükçülər, təşkilati struktur üzrə, istənilən sorğu bazaları şəklində tərtib etməyə imkan verir.

Informatica MDM Multidomain Hub çoxdan bəri müxtəlif sənaye sahələrində, o cümlədən, FMCG, maliyyə, yüksək texnologiyalar, tibb və əczaçılıq, istehsal, neft-qaz, media və digər sahələrdə dünyanın ən iri şirkətlərində müvəffəqiyyətlə istifadə olunur.

Ən yaxşı həllərdən istifadə edin. Demo versiyanı elə indi sifariş edin

Əsas
imkanlar

Məlumatların inteqrasiyası, məlumatların keyfiyyətinin təmin edilməsi və biznes proseslərinin idarə edilməsi üçün tərkibinə quraşdırılmış vasitələri ilə bazarda mövcud olan yeganə MDM həlli
Tranzaksiyalar və qarşılıqlı əlaqələr haqqında informasiyanı Əşyalar internetindən əldə olunan məlumatlarla birləşdirmək imkanı
Məlumatların dinamik depersonalizasiyası məlumatların bir hissəsini gizlədərək onların qorunmasını təmin etməyə imkan verir
Təfərrüatlar, iyerarxiyalar və digər məlumatları nəzərə alaraq istənilən biznes bölməsinin kompleks görünüşlərini yaratmaq imkanı
Ən doğru qeydi müəyyən etmək üçün, istənilən mənbələrdən əldə olunan məlumatları müqayisə etmək və birləşdirmək imkanı
Sərbəst formada mətn sorğuları üzrə istənilən master məlumatların sürətli axtarışı və qeyri-səlis axtarış
Sizə lazım
ola bilər
Informatica MDM-Product 360
Biznes istifadəçiləri üçün işlənib hazırlanmış həll iş proseslərinin optimallaşdırılması və birgə iş sayəsində məhsulların intuitiv başa düşülməsi və effektiv idarə edilməsini təmin edir
Informatica B2B Data Exchange
Bu məhsul müxtəlif məlumatların idarə edilməsi zamanı yaranan çətinliklərin aradan qaldırılması ilə əlaqədar məsələləri həll edir
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.