Informatica Data Privacy Management

Informatica Data Privacy Management

Məhsul haqqında

Məxfi məlumatlar təşkilatın əqli mülkiyyəti, gəlirləri və rəqabət üstünlüklərinin əsasını təşkil edir. Təşkilatların məlumatları bütün növ daxili və xarici təhdidlərdən, işçilərin və insayderlərin səhlənkar və ya pis niyyətli hərəkətlərindən, eləcə də kibercinayətlərdən qorunmalıdır.

Informatica Data Privacy Management həlli məxfi məlumatlar ətrafındakı bütün informasiyanın toplanılması proseslərini avtomatlaşdırmaqla məxfi məlumatlarla əlaqədar risklərin tam başa düşülməsini təmin etməyə, məxfi məlumatlarla əlaqədar risklərin təhlili, monitorinqi və hərtərəfli qiymətləndirilməsi proseslərini avtomatlaşdırmağa imkan verir.

Ən yaxşı həllərdən istifadə edin. Demo versiyanı elə indi sifariş edin

Əsas
imkanlar

Təşkilatın bütün sistemlərində məxfi məlumatların təsnifatı və aşkar edilməsi (Data Classification and Discovery)
Məlumatların hərəkəti və yayılmasının təhlili (Data Proliferation Analysis)
İstifadəçilərin sistemə girişi və istifadəçi aktivliyi haqqında məlumatların toplanması və korrelyasiyası
Davranış analizi (User Behavioral Analytics)
Riskli situasiyalara reaksiya vermə qaydalarının hazırlanması
Məxfi məlumatlarla əlaqədar risklərin hərtərəfli qiymətləndirilməsi
Risklərin azaldılmasını təmin edən xarici alətlərin tənzimlənməsi
İstifadədə olan
məhsullar
Informatica Enterprise Data Catalog
Bu həll məlumatların keyfiyyətini təhlil etməyə, məlumatları standartlaşdırmağa və təmizləməyə, dublikatları müəyyən etməyə, monitorinq aparmağa və məlumatların keyfiyyətinə dair hesabatlar almağa imkan verir
Informatica PowerCenter
Şirkətin məlumatların inteqrasiyası, sinxronlaşdırılması, məlumat anbarlarının qurulması sahəsində qarşısında duran istənilən məsələləri səmərəli şəkildə həll etməyə imkan verən sənayenin aparıcı məlumat inteqrasiyası platforması
Informatica Data Quality
Bu həll tənzimlənə bilən biznes qaydaları səviyyəsində məlumatların keyfiyyətini təhlil etməyə, məlumatları standartlaşdırmağa və təmizləməyə imkan verir
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.