Data Governance

Məlumatlar təşkilatın əsas aktividir. Məlumatlarınızı daha dəqiq və daha sürətlə təhlil edin və onların əsasında düzgün biznes qərarları qəbul edin

Məlumatların idarə edilməsi — Data Governance

Data Governance korporativ məlumatların idarə edilməsi üçün vahid strategiyadır.

Data Governance metodologiyası məlumatlarınızdan maksimum biznes dəyər əldə etməyinizi, təşkilatın isə daha çevik olmasını təmin edəcək.

Bütün texniki metaməlumatları (məsələn, informasiyanın hansı İT sistemlərində saxlanıldığı haqqında məlumatları) məlumatlar kataloqunda toplayın.

Biznes lüğətində hər bir biznes termininin bütün şirkət üçün vahid tərifini qeyd edin.

Məlumatların keyfiyyətini təmin etmək üçün qaydalar tətbiq edin və müvafiq təşkilati dəyişikliklər həyata keçirin.

Bütün bunlar məlumatları daha dəqiq və tez təhlil etməyə, hesabatları tərtib etməyə və düzgün biznes qərarları qəbul etməyə imkan verəcək.

Korporativ məlumatları kataloqlaşdırır
İT sistemlərində işlənməni 40% sürətləndirir
Məlumatların, təhlillərin və onlara əsaslanan hesabatların, o cümlədən tənzimləyici hesabatların etibarlılığını artırır
Korporativ məlumatların keyfiyyətini 60% artırır

Məhsullar və həllər

Enterprise Data Catalog
Süni intellektə əsaslanan məlumatlar kataloqu şirkətinizin bütün informasiya aktivlərinin təsnifatını aparmağınıza və onlardan maksimum istifadə etməyinizə imkan verəcək.
Daha ətraflı
Axon Data Governance
Məhsul bütün bilikləri birləşdirməyə, biznes üçün ən əhəmiyyətli olan informasiya aktivləri sistemini qurmağa və aktual vəziyyətdə saxlamağa imkan verir
Daha ətraflı

Müstəqil analitika şirkətlərinin hesabatları

IDC MarketScape tədqiqatı çərçivəsində Informatica 2020-ci ildə məlumatlar kataloqu bazarında lider hesab edilmişdir
Informatica Gartner tərəfindən artıq 5-ci dəfədir ki, metaməlumatların idarə edilməsi sahəsində lider kimi tanınmışdır
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.