Informatica Data Quality

Informatica Data Quality
Data Governance: məlumatların idarə edilməsi üzrə təlimat
Elektron kitab
Effektiv rəqəmsal transformasiya üçün məlumatların idarə edilməsi
Elektron kitab

Məhsul haqqında

Informatica Data Quality tənzimlənə bilən biznes qaydaları səviyyəsində məlumatların keyfiyyətini təhlil etməyə, məlumatları standartlaşdırmağa və təmizləməyə, təmizlənmiş və standartlaşdırılmış məlumatların dublikatlarını tanımağa və müəyyən etməyə, məlumatların konsolidasiyasını həyata keçirməyə, məlumatların keyfiyyətinin monitorinqini aparmağa və bu barədə hesabat əldə etməyə imkan verir.

Informatica Data Quality məhsulundan istifadə biznes və İT arasında effektiv əməkdaşlığı təşkil etməyə imkan verir.

Sözügedən həll ehtimal əsaslı və qeyri-səlis axtarış (Fuzzy logic) alqoritmləri vasitəsilə məlumatların müqayisəsi və standartlaşdırılması üçün çoxsaylı güclü və çevik imkanlar ehtiva edir. Bunlar arxitektorlara və analitiklərə məlumatları vahid şəklə salmaq məqsədilə qeydlər arasında əlaqələri müəyyən etməyə, dublikat qeydləri aşkar etməyə və aradan qaldırmağa imkan verir.

Informatica Data Quality biznes mütəxəssislərinə məlumatların keyfiyyətinin yoxlanılması və təminatına dair qərarları idarə etməyə imkan verir ki, bu da öz növbəsində biznesin fəaliyyət risklərini ciddi şəkildə azaltmağa imkan verir. Eyni zamanda, bu proqram təminatı tərtibatçıların məhsuldarlığını artırır və inteqrasiya layihəsi işlənib hazırlanarkən və həyata keçirilərkən məlumatların keyfiyyətinin resurslara təsirini azaldır.

Ən yaxşı həllərdən istifadə edin. Demo versiyanı elə indi sifariş edin

Əsas imkanlar

Məlumatların analizi, çeşidlərə ayrılması, təmizlənməsi, standartlaşdırılması, zənginləşdirilməsi, müqayisəsi üçün geniş imkanlar
Rahat və effektiv qrafik tərtibatçı interfeysi, proqramlaşdırmanın olmaması
Məlumatların profilləşdirilməsi, o cümlədən işlənmənin hər bir mərhələsində, hər bir transformasiyadan sonra məlumatlar üzrə drill-down imkanları
Keyfiyyətə dair hesabatların əldə edilməsi, keyfiyyətsiz məlumatların işlənilməsi, dublikatlarla iş üzrə biznes istifadəçiləri üçün vizual vasitələrin mövcud olması
İstənilən lüğətləri (ünvanlar, telefon nömrələri, şirkət adları, prefikslər və s.) qoşmaq və istifadə etmək imkanı
Böyük həcmdə məlumatların işlənilməsi imkanı və miqyasın artırılması səviyyəsinin yüksək olması
real-time və paket rejimində istifadə imkanı
Sizə lazım ola bilər
Informatica Enterprise Data Catalog
Bu həll bütün metaməlumatları vahid arxivdə konsolidasiya etmək, vahid metaməlumatlar kataloqunu idarə etmək üçün nəzərdə tutulmuşdur və metaməlumatların səmərəli axtarışını və təhlilini təmin edir
Informatica Axon Data Governance
Korporativ məlumatların idarə edilməsi və yeni nəsil Data Governance təşəbbüslərinin reallaşdırılması üçün platforma
Data Integration Platform
Məlumatlardan praktiki dəyər əldə etmək üçün tez və çevik analiz imkanı ilə təmin edən, böyük məlumatların inteqrasiyası həllərinin qızıl standartı
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.