Məlumatların inteqrasiyası

Vaxt şirkətin əsas resursudur. Biznes üçün vacib məlumatları digər bazar iştirakçılarından daha tez əldə edin və layihələrə onlardan daha tez başlayın.

Məlumatların inteqrasiyası – Data Integration, ETL solutions

Bazardakı vəziyyəti proqnozlaşdırmağa və strateji qərarları operativ şəkildə qəbul etməyə onlayn analitika kömək edir. O, şirkətin topladığı böyük məlumatlar massivi üzərində qurulur. Bütün bu məlumatlar hər biri öz dilində “danışa” bilən müxtəlif mənbələrdə – sistemlərdə saxlanılır. Universal “tərcüməçi” olmadan məlumat mübadiləsi və təhlili saatlar, bəzən isə günlərlə vaxt apara bilər.

Məhz ETL sinfinə aid həllər müxtəlif sistemlər üçün “tərcüməçilərdir”.

Məlumatların inteqrasiyası məlumatların düzgün, effektiv və sürətli yerdəyişməsini və şəkil dəyişdirməsini təmin edir. Sonra onları biznes üçün mühüm əhəmiyyət daşıyan analitika və ya hesabat proseslərində istifadə etmək olar.

“ETL həlli tətbiq etməklə biz məlumatlarla orta hesabla 16% daha tez işləyə bilirik. Praktiki biznes effekti isə əməliyyat effektivliyinin əhəmiyyətli dərəcədə artması oldu. Hətta bütün dünya üçün böhranlı olan 2020-ci ildə Bankın əsas göstəriciləri hədəf səviyyəsindən 20-40% artıq olmuşdur. Ümumilikdə isə 2014-cü ildə aktiv transformasiya başladıqdan sonra Bankın kredit portfeli demək olar ki, 10 dəfə böyümüş, eyni zamanda əməkdaşların sayı yalnız 27% artmışdır”.
Nurseit Bozjanov
“Otbası bank” SC İnkişaf və dəstək departamentinin direktoru
İnformasiyanı əldə etmə sürəti 60%-dək yüksəlir
Əməliyyat effektivliyi artır
Hesabatların, o cümlədən tənzimləyici orqanlara təqdim olunan hesabatların etibarlılığı artır
Hesabatlar saatlar və ya günlər deyil, bir neçə dəqiqə ərzində hazırlanır

Məhsullar və həllər

Informatica PowerCenter
Şirkətin inteqrasiya sahəsində qarşısında duran istənilən məsələləri səmərəli şəkildə həll etməyə imkan verən sənayenin aparıcı məlumat inteqrasiyası platforması
Daha ətraflı
Informatica B2B Data Exchange
Bu məhsul müxtəlif məlumatların idarə edilməsi zamanı yaranan çətinliklərin aradan qaldırılması ilə əlaqədar məsələləri həll edir
Daha ətraflı
Data Engineering Integration
Şirkətin inteqrasiya sahəsində qarşısında duran istənilən məsələləri səmərəli şəkildə həll etməyə imkan verən sənayenin aparıcı məlumat inteqrasiyası platforması
Daha ətraflı
Data Engineering Streaming
Əşyalar internetindən və digər mənbələrdən əldə olunan məlumat axınlarının operativ şəkildə işlənilməsinə, həmin məlumatlardan konkret biznes üçün vacib olan təfərrüatların çıxarılmasına imkan verən, miqyasca genişləndirilə bilən həll
Daha ətraflı

Müstəqil analitika şirkətlərinin hesabatları

IDC MarketScape tədqiqatı çərçivəsində Informatica 2020-ci ildə məlumatlar kataloqu bazarında lider hesab edilmişdir
Informatica Gartner tərəfindən artıq 5-ci dəfədir ki, metaməlumatların idarə edilməsi sahəsində lider kimi tanınmışdır
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.