Azercell Məlumatlarla işləmə mədəniyyətinin formalaşdırılması

Sahə:
Telekommunikasiya
Həll:
Data Governance, məlumat fabriki, gölü və anbarı (Data Lake, DWH)
Məhsul:
Informatica

BİZNES TAPŞIRIQ

Azercell şirkəti Azərbaycanın aparıcı mobil rabitə operatorlarından biridir və 1996-cı ildən fəaliyyət göstərir. Təşkilatın mənfəət, satış, aktivləşdirmələr haqqında böyük həcmdə məlumatları var. Bu məlumatlardan düzgün istifadə etmək, onları strukturlaşdırmaq və lazımi keyfiyyətə çatdırmaq vacibdir.

Azercell rəhbərliyi təşkilat daxilində məlumatlarla işləmə mədəniyyətini inkişaf etdirmək qərarına gəlmişdir. Mühüm strateji vəzifə olaraq, bazardan əldə olunan informasiya əsasında effektiv qərarlar qəbul etməyə imkan verən “ağıllı məlumat gölü” yaradılmalı idi. Bunun üçün, ilk növbədə, real vaxt rejimində məlumatların etibarlılığı və lazımi keyfiyyəti təmin edilməli idi.

HƏLL

Məlumatların idarə edilməsi istiqamətində məqsədlərə nail olmaq üçün Informatica platforması seçildi.

Informatica Axon həlli korporativ məlumatların effektiv idarə olunmasını, onlarla birgə işi və məlumatların biznesə necə təsir etdiyinin, hansı biznes konteksti, layihələri və prosesləri ilə əlaqəli olduğunun başa düşülməsini təmin etdi..

Informatica Enterprise Data Catalog həlli texniki metaməlumatlar, biznes konteksti, qarşılıqlı əlaqələrə dair məlumatlar, məlumatların keyfiyyəti və istifadə edilməsi daxil olmaqla metaməlumatların vahid şəkildə təqdim edilməsinə çıxış imkanı təmin etmək üçün istifadə edilmişdir.

Informatica Data Quality həlli müvafiq keyfiyyəti təmin etmək üçün istifadə edilmişdir: o, daxili biznes və texniki yoxlama və keyfiyyət təminatı qaydalarını tətbiq etməyə, eləcə də konkret tapşırıq üçün lazım olan göstəriciləri tənzimləməklə yenilərini yaratmağa imkan verir.

Informatica Data Quality həlli Azercell platformasına daxil olan bütün məlumatları izləyir, anomaliyaları aşkar edir və düzəldir. Beləliklə, real vaxt rejimində məlumatların etibarlılığı təmin olunur, bu isə dəqiq hesablamalar aparmağa imkan verir. Məsələn, ödənişlər, hesablamalar və digər proseslər zamanı “error rate” göstəricisini sıfıra endirmək mümkün olmuşdur.

Məlumatların effektiv idarə edilməsi Azercell şirkətinə analitik işləri daha tez yerinə yetirməyə, zərər və mənfəətlə əlaqədar proqnozlar qurmağa imkan vermiş, bu isə xidmət keyfiyyətinin yaxşılaşmasına səbəb olmuşdur.

NƏTİCƏ

Layihə etibarlı məlumatlara əsaslanan effektiv həllər sayəsində abonentlərə göstərilən xidmət keyfiyyətini artırmağa imkan vermişdir. Müştəri itkisi əvvəlki dövrlə müqayisədə 25% azalmışdır.

Şirkət öz effektivliyini və biznesi inkişaf etdirmək imkanını seçilmiş yanaşma üsulunda görür.

Другие истории успеха

Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.