Texnologiyalar, xüsusən də əşyaların interneti inkişaf etdiyinə görə təşkilatlar real vaxt rejimində məlumatları, misal üçün, birja hesabatlarını, tranzaksiyalar, veb-saytda keçidlərə edilən kliklər, ətraf mühit dəyişiklikləri haqqında məlumatları əldə edir. Bu cür məlumatlar xüsusilə dəyərlidir, çünki onlar qanunauyğunluqları üzə çıxartmağa, ictimai əhval-ruhiyyəni müəyyən etməyə, təhdidləri vaxtında izləməyə, fərziyyələr formalaşdırmağa və üzərində işləməyə imkan verirlər.
Lakin, bir çox təşkilatlar problemlə üzləşirlər: əşyaların interneti və digər mənbələr tərəfindən generasiya olunan məlumatlar çox tez, yəni mütəxəssislər onları çeşidləyib təhlil edə bildiklərindən daha tez yığılırlar. Ona görə də, məlumat axını çox vaxt effektiv qərarların qəbul edilməsini asanlaşdırmaq əvəzinə, vaxt aparır və biznes çevikliyini azaldır.
Təşkilatlar yalnız məlumatları real vaxt rejimində təhlil edə bildikləri halda maksimum fayda əldə edə bilərlər. Burada Data Engineering Streaming köməyə gəlir. Bu, əşyalar internetindən və digər mənbələrdən əldə olunan məlumat axınlarının operativ şəkildə işlənilməsinə, həmin məlumatlardan konkret biznes üçün vacib olan təfərrüatların çıxarılmasına imkan verən, miqyasca genişləndirilə bilən həlldir.