Informatica Axon Data Governance korporativ məlumatların idarə edilməsi və yeni nəsil Data Governance təşəbbüslərinin reallaşdırılması üçün platformadır.
Bu gün təşkilatlar məlumatlarla əlaqəli olan bir sıra problemlərlə üzləşir. Ən çox yayılmış problemlər: pis strukturlaşdırılmış və istifadəsi çətin olan məlumatlar, müxtəlif bölmə, şöbə və işçi qruplarının məlumatları arasında uyğunluğun və qarşılıqlı əlaqələrin olmaması.
Informatica Axon Data Governance ekspertlər, sahiblər, analitiklər və istifadəçilərin bilik və səylərini birləşdirərək biznes üçün ən əhəmiyyətli informasiya aktivləri sistemini qurmağa imkan verir. Platforma məlumatlar haqqında bütün biliklərin konsolidasiyasını təmin edir, onlarla birgə işi strukturlaşdırır və məlumatların biznesə necə təsir etdiyinin, hansı biznes konteksti ilə əlaqəli olduğunun başa düşülməsini asanlaşdırır.
Kompleks həll məlumatların təhlili və keyfiyyətinin sistemli şəkildə artırılması məqsədi daşıyan istənilən tapşırıqlar üçün çevik infrastruktur yaradır ki, bu da müştəri həllərini tez bir zamanda işləyib hazırlamağa və tətbiq etməyə, habelə əməliyyat effektivliyini artırmağa imkan verir. Məlumatların işlənilməsi və saxlanmasının mərkəzləşdirilməsi sayəsində şirkətin layihələri çərçivəsində infrastruktur və məlumatların hazırlanması ilə əlaqədar xərclər azalır. Əməkdaşlar vahid istifadəçi portalı vasitəsilə istənilən obyektlərin və məlumat toplularının təsvirlərinə ani çıxış əldə edirlər. Şirkət müştərilərinin tərcihlərini qabaqcadan görə və təklifləri fərdiləşdirə bilər.