İntellektual iş yeri

Məhsuldarlığı və proseslərə cəlb olunma dərəcəsini artırmaqla işçilərin fəaliyyət göstəricilərini yaxşılaşdırın

Maksimum dərəcədə
asan iş üsulu

İndiki dövrdə əməkdaşların istənilən yerdən, istənilən cihazdan və istənilən vaxt işləyə bilməsi xüsusilə vacibdir.
Nə qədər əməkdaşın məsafədən işlədiyi vacib deyil – istər bir, istər yüz nəfər olsun: rəqəmsal iş sahəsi həllərimiz onlara birlikdə yüksək məhsuldarlıqla işləməyə imkan verir.
İT mütəxəssisləri isə insanları lazımi resurslarla daha asanlıqla təmin edə və bunu “ənənəvi” texnologiyalarla müqayisədə daha təhlükəsiz və daha tez edə biləcəklər.
Məhsuldar və rahat işləmək üçün əməkdaşlara sadəcə şirkətin resurslarına çıxış imkanı kifayət etmir.
Siz onların iş prosesinə cəlb olunmasını təmin edən və təşəbbüs və yaradıcılıq üçün geniş imkanlar açan rəqəmsal iş sahəsi yaratmalısınız.
Harada olmalarından, hansı cihazdan istifadə etmələrindən və şəbəkə keyfiyyətinin necə olmasından asılı olmayaraq, əməkdaşların onlara verilmiş tapşırıqları hər gün ən yaxşı şəkildə yerinə yetirmək üçün lazım olan hər şeyi olmalıdır.
Citrix digital workspace həlləri şirkətlərə yeni, daha effektiv iş prosesləri qurmaq sərbəstliyi və çevikliyi verir.
Çevik qrafik və məsafədən işləmə yanaşmasının əsasında əməkdaşların harada və hansı cihazdan işlədiklərindən asılı olmayaraq məlumatlarınızın və informasiyanın təhlükəsizliyinin təmin olunduğuna əminlik durur.
Bundan əlavə, işi yerinə yetirmək üçün lazım olan fayl və proqramlara çıxış imkanı çox vaxt onların müxtəlif tətbiqlərdə və məlumat anbarlarında yerləşməsi ilə çətinləşir.
Sizə korporativ səviyyədə təhlükəsizlik elementləri olan kontentlə birgə iş üçün sənəd dövriyyəsini avtomatlaşdıran və mövcud sistemlərlə inteqrasiya olunan çevik həll lazımdır.
Nəticədə bütün iş proseslərini maksimum dərəcədə asanlaşdıran və əsas diqqətinizi ən mühüm məqama, yəni müştərilərinizə yönəltməyə imkan verən vahid və təhlükəsiz iş sahəsi təmin olunur.

Biznes
üstünlükləri

Fərdi qaydada tənzimlənməsi mümkün olan vahid mühitdə daha intellektual və daha sürətli işləməyə imkan verir
Hibrid çoxsaylı bulud mühitində tətbiqlərin optimal işləməsini təmin edir
İştifadəçilərin məhsuldarlıq, təhlükəsizlik və rahatlığını artırmaq üçün analitikadan istifadə etməyə imkan verir

Uğur hekayələri

Ən yaxşı həllərdən istifadə edin. Demo versiyanı elə indi sifariş edin

Məhsullar
və həllər
Citrix Workspace и Citrix Virtual Apps and Desktops
Bu həll əməkdaşın harada olmasından, hansı cihazdan qoşulmasından və hansı məlumat ötürmə kanallarından istifadə etməsindən asılı olmayaraq əməkdaşlar üçün təhlükəsiz iş yeri yaratmağa imkan verir
Citrix ADC
Tətbiqlərin çatdırılma nəzarətçiləri serverlərin yükünün tarazlaşdırılmasına yönəlmiş həllərin inkişafının növbəti mərhələsidir
Citrix ShareFile
Bu və ya digər biznes proseslərini yerinə yetirərkən istifadə etdikləri işçi fayllarının təhlükəsiz saxlanılmasını, onların paylaşılmasını və onlarla birgə işi təmin etmək üçün nəzərdə tutulmuş həll
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.