Informatica MDM Multidomain Hub platforması müştərilər, məhsullar, istinad xarakterli informasiya və istənilən digər master məlumat domenləri haqqında mühüm əhəmiyyətli məlumatlara vahid baxış əldə etmək imkanı verərək nəticə etibarilə biznesin müvəffəqiyyətini, müştərilərlə münasibətlərin inkişafını və xərclərin minimuma endirilməsini təmin edir.
Bu həll istənilən master məlumatları və istinad xarakterli informasiyanı vahid yerdə, yəni müştərilər, tərəfdaşlar və kontragentlər, təşkilatın aktivləri, satış nöqtələri, tədarükçülər, təşkilati struktur üzrə, istənilən sorğu bazaları şəklində tərtib etməyə imkan verir.
Informatica MDM Multidomain Hub çoxdan bəri müxtəlif sənaye sahələrində, o cümlədən, FMCG, maliyyə, yüksək texnologiyalar, tibb və əczaçılıq, istehsal, neft-qaz, media və digər sahələrdə dünyanın ən iri şirkətlərində müvəffəqiyyətlə istifadə olunur.