Data IntegrationPlatform

Məlumatlardan praktiki dəyər əldə etmək üçün tez və çevik analiz imkanı ilə təmin edən, böyük məlumatların inteqrasiyası həllərinin qızıl standartı
Data Integration Platform

Məhsul haqqında

Informatica PowerCenter məlumatların inteqrasiyası üzrə aparıcı sənaye platformasıdır və o, şirkətin biznes məqsədlərini həyata keçirməsi üçün şirkətin qarşısında məlumatların inteqrasiyası, sinxronlaşdırılması, məlumat anbarlarının qurulması, MDM həlləri, məlumatların yeni tətbiqlərə miqrasiyası, kontragentlərlə informasiya mübadiləsi və s. ilə əlaqədar duran istənilən məsələləri effektiv şəkildə həll etməyə imkan verir.

Informatica sənaye platformasının istifadə edilməsi tərtibatçılardan ibarət kiçik bir qrupla ən qısa müddətdə məlumat anbarının yaradılması üzrə bütün prosedurları yerinə yetirməyə, biznes istifadəçilər yeni tələblər irəli sürdükdə isə işlənib hazırlanmış proseslərə asanlıqla dəyişikliklər etməyə imkan verir.

Bütün tərtibat işləri proqramlaşdırmadan istifadə etmədən vizual mühitdə yerinə yetirildiyinə görə Informatica platformasında işlənib hazırlanmış proseslər əyani şəkildə izlənilir və asanlıqla dəstəklənir.

Informatica sənaye həllərinə bir dəfə investisiya qoymaqla şirkət gələcək inkişaf prosesində biznesə dəstəyi təmin edə biləcək. Təklif olunan bütün həllər miqyasının böyüdülməsi üçün çox münasibdir və şirkətin müştərilərinin sayı on milyonlarla ölçüləndə öz funksiyalarını eyni dərəcədə etibarlı şəkildə və yüksək məhsuldarlıqla yerinə yetirə biləcək.

Informatica-nın lisenziya siyasəti eyni lisenziyalar əsasında həyata keçirilməsi mümkün olan layihələrin sayını məhdudlaşdırmır. Buna görə də şirkət, gələcəkdə istinad xarakterli normativ informasiyanın inteqrasiyası, idarə edilməsi və məlumatların keyfiyyətinin təmin edilməsi sahəsində yeni sistemlər tətbiq edilərkən məlumatların miqrasiyası, sistemlərin sinxronlaşdırılması, məlumat anbarı və ya gölünün doldurulması kimi təşəbbüslərin həll edilməsinə kömək edəcək universal vasitə əldə edir.

Ən yaxşı həllərdən istifadə edin. Demo versiyanı elə indi sifariş edin

Əsas imkanlar

Yüksək məhsuldarlıq və həllin miqyasının artırılması
İnteqrasiya layihələrinin işlənib hazırlanması üçün vizual mühit
Yüksək işlənmə sürəti və məhsulla işləmənin tez öyrədilməsi
Məlumat axınlarının işlənilməsi imkanı (o cümlədən, Каfka ilə birgə iş)
Məlumatların avtomatik idarəetmə ilə çox serverli şəbəkə üzərindən işlənilməsi və nasazlıq baş verdikdə iş qabiliyyətinin bərpa edilməsi imkanları
Məlumatların istənilən növ fayllardan çıxarılması və transformasiyası və əksər informasiya sistemlərinə çatdırılması
Məlumatların işlənilməsi üçün oxuma, yazma və klaster resurslarından istifadə üçün Hadoop komponentlərinin tam dəstəklənməsi
Dəstəyin, müşayiətin və işlənib hazırlanmış proseslərə dəyişikliklərin edilməsinin sadəliyi
Sizə lazım
ola bilər
Axon Data Governance
Korporativ məlumatların idarə edilməsi və yeni nəsil Data Governance təşəbbüslərinin reallaşdırılması üçün platforma
Informatica Enterprise Data Catalog
Bu həll məlumatların keyfiyyətini təhlil etməyə, məlumatları standartlaşdırmağa və təmizləməyə, dublikatları müəyyən etməyə, monitorinq aparmağa və məlumatların keyfiyyətinə dair hesabatlar almağa imkan verir
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.