Informatica Data Quality tənzimlənə bilən biznes qaydaları səviyyəsində məlumatların keyfiyyətini təhlil etməyə, məlumatları standartlaşdırmağa və təmizləməyə, təmizlənmiş və standartlaşdırılmış məlumatların dublikatlarını tanımağa və müəyyən etməyə, məlumatların konsolidasiyasını həyata keçirməyə, məlumatların keyfiyyətinin monitorinqini aparmağa və bu barədə hesabat əldə etməyə imkan verir.
Informatica Data Quality məhsulundan istifadə biznes və İT arasında effektiv əməkdaşlığı təşkil etməyə imkan verir.
Sözügedən həll ehtimal əsaslı və qeyri-səlis axtarış (Fuzzy logic) alqoritmləri vasitəsilə məlumatların müqayisəsi və standartlaşdırılması üçün çoxsaylı güclü və çevik imkanlar ehtiva edir. Bunlar arxitektorlara və analitiklərə məlumatları vahid şəklə salmaq məqsədilə qeydlər arasında əlaqələri müəyyən etməyə, dublikat qeydləri aşkar etməyə və aradan qaldırmağa imkan verir.
Informatica Data Quality biznes mütəxəssislərinə məlumatların keyfiyyətinin yoxlanılması və təminatına dair qərarları idarə etməyə imkan verir ki, bu da öz növbəsində biznesin fəaliyyət risklərini ciddi şəkildə azaltmağa imkan verir. Eyni zamanda, bu proqram təminatı tərtibatçıların məhsuldarlığını artırır və inteqrasiya layihəsi işlənib hazırlanarkən və həyata keçirilərkən məlumatların keyfiyyətinin resurslara təsirini azaldır.