Maliyyə sektoru

Rəqəmsal transformasiyada liderlik

Maliyyə sektoru ən çox müştəri yönümlü sektorlardan biridir. Burada qərarlar ucsuz-bucaqsız informasiya dəryasında istiqamət almaqla tez qəbul edilməlidir, müştəri məlumatlarının və vəsaitlərinin təhlükəsizliyi isə əsas prioritetlərdəndir.
Məhz buna görə də maliyyə təşkilatları məlumatlarla işləyən və Data Governance yanaşmasını tətbiq edən ilk qurumlardan biri oldu.
Sözügedən sahə bu gün rəqəmsal transformasiyada liderlərdən biridir.

Sahənin unikallığı

Mühüm əhəmiyyət daşıyan və həssas məlumatlar daxil olmaqla çox böyük məlumat həcmləri
Sənaye sahəsinin inkişafına təsir edən çoxsaylı xarici və daxili amillər, dünya iqtisadiyyatı ilə sıx əlaqə
Qərarların yüksək sürətlə qəbul edilməsi və çox dəqiq proqnozlaşdırma
Müştərilərlə, yəni fiziki və hüquqi şəxslərlə daimi kommunikasiya
Tənzimləyici orqanların sərt tələbləri
«»
Müştəri: «Azercell»
Sənaye:
Telekommunikasiya
Həll:
Data Governance, məlumat fabriki, gölü və anbarı (Data Lake, DWH)
Məhsul:
Informatica
Uğur hekayəsini oxuyun

Maliyyə sektorunun hansı məsələlərini həll edirik?

Şirkətin daxili proseslərini optimallaşdırmaq
  • Rəqəmsal transformasiyaya görə məsul olan CDO ofisinin tətbiq edilməsi
  • Biznes və İT bölmələri arasında qarşılıqlı əlaqənin koordinasiyası
  • Vəhdətsiz məlumat bazalarından onların vahid kataloquna keçid
  • Biznes proseslərinin avtomatlaşdırılması
  • Şirkətdaxili bilik və reqlamentlərin idarə edilməsi
Müştəri təcrübəsini yaxşılaşdırmaq
  • Əlaqə mərkəzləri, texniki dəstək xidmətləri və müştərilərlə onlayn kommunikasiya kanalları üçün biliklərin idarə edilməsi
  • Öz müştəriləri barədə məlumatlı olma: müştəri məlumatlarının genişləndirilmiş analitikası
  • Hər bir müştəri üzrə operativ təhlil və optimal strategiyanın qurulması üçün məlumat fabriki
Həssas informasiyanı və müştəri məlumatlarını qorumaq
  • Məlumatların maskalanması
  • Fırıldaqçılığa qarşı güclü həllər
Tənzimləyici orqanların tələbləri
  • Məlumat fabrikinə əsaslanan rəqəmsal uyğunluq
  • Tənzimləyici orqanların tələblərinə uyğun olaraq hesabatların avtomatik tərtib edilməsi

Maliyyə sektoruna nə təklif edirik?

17 ildən artıqdır ki, maliyyə sektoru üçün layihələr həyata keçiririk. Hər bir müştəriyə fərdi yanaşır, onun qarşıya qoyduğu vəzifələri öyrənir və məhsul çeşidimizdən ən yaxşı həlli təklif edirik. Portfelimizdəki hər bir texnologiya öz sektorunun lideridir. Fəaliyyət sahəniz üçün texnologiya və məhsullar haqqında ətraflı məlumat əldə edin.

Proseslərin effektivliyini DIS Group ilə artırın!

Biznesin ehtiyaclarını və inkişaf məqamlarını müəyyənləşdirmək
Biznes məqsədlərinə əsaslanaraq rəqəmsal transformasiya planı tərtib etmək
Optimal həlli seçmək və “açar təhvili“ prinsipi ilə tətbiqetməni təmin etmək
Layihənin bütün mərhələlərində texniki və məsləhət dəstəyini təmin etmək

DIS Group ekspertlərindən ekosistem konsaltinqi

DIS Group texniki dəstəyi

DIS Group şirkətində qlobal təchizatçılarla uzun illər davam edən əməkdaşlıq nəticəsində müştərilərlə işi yüksək səviyyədə qurmağa kömək edən dayanıqlı təcrübə formalaşmışdır.
Şirkətlərin 99%-i ildən ilə dəstəklə təmin olunmaqda davam edir.

Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.