Informatica PowerCenter məlumatların inteqrasiyası üzrə aparıcı sənaye platformasıdır və o, şirkətin biznes məqsədlərini həyata keçirməsi üçün şirkətin qarşısında məlumatların inteqrasiyası, sinxronlaşdırılması, məlumat anbarlarının qurulması, MDM həlləri, məlumatların yeni tətbiqlərə miqrasiyası, kontragentlərlə informasiya mübadiləsi və s. ilə əlaqədar duran istənilən məsələləri effektiv şəkildə həll etməyə imkan verir.
Informatica sənaye platformasının istifadə edilməsi tərtibatçılardan ibarət kiçik bir qrupla ən qısa müddətdə məlumat anbarının yaradılması üzrə bütün prosedurları yerinə yetirməyə, biznes istifadəçilər yeni tələblər irəli sürdükdə isə işlənib hazırlanmış proseslərə asanlıqla dəyişikliklər etməyə imkan verir.
Bütün tərtibat işləri proqramlaşdırmadan istifadə etmədən vizual mühitdə yerinə yetirildiyinə görə Informatica platformasında işlənib hazırlanmış proseslər əyani şəkildə izlənilir və asanlıqla dəstəklənir.
Informatica sənaye həllərinə bir dəfə investisiya qoymaqla şirkət gələcək inkişaf prosesində biznesə dəstəyi təmin edə biləcək. Təklif olunan bütün həllər miqyasının böyüdülməsi üçün çox münasibdir və şirkətin müştərilərinin sayı on milyonlarla ölçüləndə öz funksiyalarını eyni dərəcədə etibarlı şəkildə və yüksək məhsuldarlıqla yerinə yetirə biləcək.
Informatica-nın lisenziya siyasəti eyni lisenziyalar əsasında həyata keçirilməsi mümkün olan layihələrin sayını məhdudlaşdırmır. Buna görə də şirkət, gələcəkdə istinad xarakterli normativ informasiyanın inteqrasiyası, idarə edilməsi və məlumatların keyfiyyətinin təmin edilməsi sahəsində yeni sistemlər tətbiq edilərkən məlumatların miqrasiyası, sistemlərin sinxronlaşdırılması, məlumat anbarı və ya gölünün doldurulması kimi təşəbbüslərin həll edilməsinə kömək edəcək universal vasitə əldə edir.