Məxfilik siyasəti
Hazırki Məxfilik və fərdi məlumatların emalı siyasəti www.dis-group.world Saytının sahibi “Data Integration Software KZ” Məhdud Məsuliyyətli Tərəfdaşlığı (bundan sonra “Operator”) və “İstifadəçi” arasında bağlanmış publik Müqavilədir. Hazırki Məxfilik siyasəti Qazaxıstan Respublikasının “Fərdi məlumatlar və onların mühafizəsi haqqında” 21 may 2013-cü il tarixli 94-V nömrəli Qanununa əsaslanır, “Operatorun” www.dis-group.world saytından istifadə edərkən “İstifadəçi” haqqında əldə edə biləcəyi bütün informasiyaya şamil olunur. Hazırki Siyasətin qüvvədə olan redaksiyasını istənilən zaman İnternet şəbəkəsində www.dis-group.world ünvanından əldə etmək mümkündür.
1. Terminlərin tərifi
1.1. “Sayt” — İnternet şəbəkəsində www.dis-group.world ünvanında yerləşən sayt. Sayt və onun ayrı-ayrı elementləri (o cümlədən, proqram təminatı, dizayn) üzərində bütün müstəsna hüquqlar tam həcmdə Operatora məxsusdur. Müstəsna hüquqların İstifadəçiyə ötürülməsi bu Məxfilik siyasətinin predmeti deyil.
1.2. “Sayt administrasiyası” — “Data Integration Software KZ” Məhdud Məsuliyyətli Tərəfdaşlığı adından fəaliyyət göstərən, Saytın idarə edilməsi üçün səlahiyyət verilmiş, fərdi məlumatların işlənilməsini təşkil edən və (və ya) həyata keçirən, eləcə də fərdi məlumatların işlənilməsinin məqsədlərini, işlənilməli olan fərdi məlumatların tərkibini, fərdi məlumatlarla həyata keçirilən hərəkətləri (əməliyyatları) müəyyən edən əməkdaşlar.
1.3. “İstifadəçi” — Saytdan istifadə edən şəxs.
1.4. “Qanunvericilik” — Qazaxıstan Respublikasının qüvvədə olan qanunvericiliyi.
1.5. “Fərdi məlumatlar” — İstifadəçinin Saytda qeydiyyatdan keçərkən və ya Saytın funksiyalarından istifadə prosesində müstəqil olaraq təqdim etdiyi fərdi məlumatları.
1.6. “Şəxsi olmayan məlumatlar” — İstifadəçi tərəfindən sistemin statistik skripti (piksel) quraşdırılmış reklam bloklarının baxılması və səhifələrin ziyarət edilməsi prosesində avtomatik ötürülən məlumatlar.
1.7. Fərdi məlumatların emalı — avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etmədən fərdi məlumatlarla həyata keçirilən istənilən hərəkətin (əməliyyatın) və ya hərəkətlərin (əməliyyatların) məcmusu, o cümlədən, fərdi məlumatların toplanılması, qeyd edilməsi, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənməsi, dəqiqləşdirilməsi), çıxarılması, istifadə edilməsi, ötürülməsi (yayılması, təqdim edilməsi, əldə edilməsi), fərdiləşdirilməməsi, bloklanması, silinməsi, məhv edilməsi.
1.8. Sayt servisləri – Saytın istifadə üçün əlçatan olan funksional imkanları.
1.9. Məlumatların toplanılması — Saytda yerləşdirilmiş məlumat toplama formalarının sahələrinin İstifadəçi tərəfindən zəruri məlumatlar qeyd olunmaqla doldurulması.
1.10. Məlumat toplama forması — Saytda yerləşdirilmiş, sahə qruplarından ibarət olan, informasiyanın Operatora ötürülməsi üçün İstifadəçinin doldurmalı olduğu forma.
1.11. Fərdi məlumatların məxfiliyi — Sayt administrasiyası və ya fərdi məlumatlardan istifadə imkanı əldə etmiş digər şəxs tərəfindən həmin məlumatların fərdi məlumat subyektinin icazəsi və ya digər qanuni əsas olmadan yayılmasına yol verilməməsinə dair mütləq riayət edilməli olan tələb.
1.12. “Operator” — www.dis-group.world Saytının sahibi — “Data Integration Software KZ” Məhdud Məsuliyyətli Tərəfdaşlığı
1.13. Cookies — veb-serverin göndərdiyi və İstifadəçinin kompüterində saxlanılan, Sayt səhifəsini açmağa cəhd edərkən veb-klientin və ya veb-brauzerin hər dəfə HTTP sorğusunda veb-serverə göndərdiyi məlumatlar fraqmenti.
1.14. IP ünvanı — kompüter şəbəkəsində qovşağın unikal şəbəkə ünvanı.
2. Ümumi müddəalar
2.1. Fərdi məlumatları və digər məlumatları “Sayt” vasitəsilə “Operatora” ötürərkən “İstifadəçi” qeyd olunan məlumatların hazırki Məxfilik siyasətində təsvir olunmuş şərtlər əsasında istifadəsi üçün öz razılığını təsdiq edir.
2.2. Əgər “İstifadəçi” bu Məxfilik siyasətinin şərtləri ilə razı deyilsə o, “Saytdan” istifadəni dayandırmalıdır.
2.3. “Operatorun” “Saytı” digər veb-saytlara keçidləri ehtiva edə bilər. Xahiş olunur nəzərə alasınız ki, “Operatorun” idarə etmədiyi veb-saytların məxfilik təcrübəsinə görə “Operator” məsuliyyət daşımır. Hər hansı fərdi informasiyanı toplayan hər bir veb-saytın məxfilik siyasəti ilə tanış olmağınızı tövsiyə edirik. Bu Məxfilik siyasəti müstəsna olaraq bu “Sayt” çərçivəsində “Operatorun” topladığı informasiyaya şamil olunur.
3. Məxfilik siyasətinin predmeti
3.1. Hazırki Məxfilik siyasəti “Saytda” yerləşdirilmiş formanı doldurarkən və ya Saytın istənilən servislərindən istifadə edərkən “İstifadəçinin” “Operatora” təqdim etdiyi fərdi məlumatların açıqlanmaması və məxfiliyin qorunması rejiminin təmin edilməsi ilə əlaqədar “Operatorun” öhdəliklərini müəyyən edir.
3.2. Hazırki Məxfilik siyasəti çərçivəsində işlənilməsinə icazə verilmiş “Fərdi məlumatlar” aşağıdakı informasiyanı ehtiva edə bilər.
3.2.1. “İstifadəçinin soyadı, adı, atasının adı;
3.2.2. “İstifadəçinin” əlaqə telefon nömrələri;
3.2.3 elektron poçt ünvanı (e-mail);
3.2.4. məlumat toplama formalarında tələb olunan digər informasiya.
3.3. “Sayt” aşağıda qeyd olunan “Şəxsi olmayan məlumatları” qoruyur:
3.3.1. IP ünvanı;
3.3.2. cookies fayllarından əldə olunan informasiya;
3.3.3. brauzer (və ya reklamın göstərilməsinə çıxış imkanı təmin edən digər proqram) haqqında informasiya;
3.3.4. sistemə daxilolma vaxtı;
3.4. Cookies-lərin söndürülməsi “Saytın” hissələrinə daxil ola bilməməsi ilə nəticələnə bilər.
3.5. “Sayt” öz Ziyarətçilərinin IP ünvanları barədə statistikanı toplayır. Həmin informasiya texniki problemləri müəyyən və həll etmək məqsədilə istifadə olunur.
3.6. Hazırki Məxfilik siyasətinin 5.2-ci və 5.4-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, yuxarıda qeyd olunmamış istənilən digər fərdi informasiya (alışların tarixçəsi, istifadə olunan brauzerlər və əməliyyat sistemləri və s.) etibarlı şəkildə saxlanılmalı və yayılmamalıdır.
4. “Fərdi məlumatların” toplanılmasının məqsədləri
4.1. “Operator” yalnız “Operator” tərəfindən Xidmətlərin göstərilməsi və “İstifadəçi” ilə qarşılıqlı əlaqə üçün zəruri olan “Fərdi məlumatları” toplayır və saxlayır.
4.2. “Fərdi məlumatlar” aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:
4.2.1. “İstifadəçi” üçün Xidmətlərin göstərilməsi;
4.2.2. “İstifadəçinin” identifikasiyası;
4.2.3. “İstifadəçi” ilə qarşılıqlı əlaqə;
4.2.4. “İstifadəçiyə” reklam materialları, informasiya və sorğuların göndərilməsi;
4.2.5. statistik və digər araşdırmaların aparılması.
2.3. “İstifadəçi” tərəfindən “Saytda” üçüncü şəxslərə məxsus fərdi məlumatlarının qeyd edilməsi qadağandır (həmin şəxslərin maraqlarının təmsil olunması şərti, bu cür hərəkətlərin həyata keçirilməsi üçün üçüncü şəxslərin sənədli təsdiqinin olması istisna olmaqla).
5. “Fərdi məlumatların” işlənilmə qaydası və müddətləri
5.1. “İstifadəçinin” fərdi məlumatlarının işlənilməsi müddət məhdudiyyəti olmadan, istənilən qanuni üsulla, o cümlədən fərdi məlumatların informasiya sistemlərində avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etmədən həyata keçirilir.
5.2. “Operator” “Fərdi məlumatları” Qazaxıstan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa və “Operatorun” daxili sənədlərinə uyğun olaraq istifadə etmək barədə öhdəlik götürür.
5.3. “Operator” “Fərdi məlumatları” və “Şəxsi olmayan məlumatları” “İstifadəçinin” razılığı olmadan aşağıdakı şəxslərə ötürmək hüququna malikdir:
5.3.1. əsaslandırılmış sorğularına əsasən müvafiq dövlət orqanlarına, o cümlədən təhqiqat və istintaq orqanlarına, habelə yerli özünüidarəetmə orqanlarına;
5.3.2. Qazaxıstan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş digər hallarda.
5.4. “Operator” sözügedən “Fərdi məlumatları”nı hazırki Məxfilik siyasətinin 5.3-cü bəndinə qeyd olunmayan üçüncü şəxslərə aşağıdakı hallarda ötürmək hüququna malikdir:
5.4.1. “İstifadəçi” bu cür hərəkətlərə öz razılığını bildirmişdir;
5.4.2. məlumatların ötürülməsi “İstifadəçi” tərəfindən “Saytdan” istifadə və ya “İstifadəçi” üçün Xidmətlərin göstərilməsi çərçivəsində, eləcə də “Operatorun” “İstifadəçini” maraqlandıran xidmətlərini dəqiqləşdirmək məqsədilə “İstifadəçi” qarşılıqlı əlaqə üçün zəruridir.
6. Fərdi məlumatların qorunması
6.1. Operator Qanunvericiliyə uyğun olaraq Fərdi və digər məlumatların lazımi mühafizəsini həyata keçirir və Fərdi məlumatların mühafizəsi üçün yetərli təşkilati və texniki tədbirlər yerinə yetirir.
7. Sair müddəalar
7.1. Bu Məxfilik siyasətinə və Məxfilik siyasətinin tətbiqi ilə əlaqədar olaraq “İstifadəçi” və “Operator” arasında yaranan münasibətlərə Qazaxıstan Respublikasının hüququ şamil olunur.
7.2. Bu Müqavilədən irəli gələn bütün mümkün mübahisələr “Operatorun” qeydiyyat yeri üzrə qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir. Məhkəməyə müraciət etməzdən əvvəl “İstifadəçi” məhkəməyə qədər bütün qarşılıqlı əlaqə tədbirlərinə riayət etməlidir və müvafiq iddianı “Operatora” yazılı surətdə göndərməlidir. İddiaya cavab vermə müddəti 30 (otuz) iş günü təşkil edir.
7.3. Əgər bu və ya digər səbəblərə görə Məxfilik siyasətinin müddəalarından biri və ya bir neçəsi etibarsız və ya hüquqi qüvvəsini itirmiş hesab olunarsa bu, Məxfilik siyasətinin qalan müddəalarının etibarlılığı və ya tətbiq oluna bilməsinə təsir etmir.
7.4. “Operator” “İstifadəçi” ilə əvvəlcədən razılaşdırmadan istənilən zaman Məxfilik siyasətinə (bütövlükdə və ya qismən) birtərəfli qaydada dəyişiklik etmək hüququna malikdir. Bütün dəyişikliklər “Saytda” yerləşdirildiyi andan qüvvəyə minir.
7.5. “İstifadəçi” Məxfilik siyasətinin “Operatorun” “Saytında” yerləşdirilmiş aktual redaksiyası ilə tanış olmaqla dəyişiklikləri müstəqil surətdə izləmək barədə öhdəlik götürür.
7.6. Hazırki Məxfilik siyasətinə dair bütün təkliflər və ya suallar elektron poçt: info@dis-group.world və ya Almatı şəhəri, Əl-Fərabi prospekti, ev 15, blok 4Vç ofis 1701 ünvanı və ya +77273115331 nömrəli telefon vasitəsilə bildirilməlidir.