Data Governance
Məlumatlar təşkilatın əsas aktividir. Məlumatlarınızı daha dəqiq və daha sürətlə təhlil edin və onların əsasında düzgün biznes qərarları qəbul edin
Məlumatların idarə edilməsi — Data Governance
Data Governance korporativ məlumatların idarə edilməsi üçün vahid strategiyadır.
Data Governance metodologiyası məlumatlarınızdan maksimum biznes dəyər əldə etməyinizi, təşkilatın isə daha çevik olmasını təmin edəcək.
Bütün texniki metaməlumatları (məsələn, informasiyanın hansı İT sistemlərində saxlanıldığı haqqında məlumatları) məlumatlar kataloqunda toplayın.
Biznes lüğətində hər bir biznes termininin bütün şirkət üçün vahid tərifini qeyd edin.
Məlumatların keyfiyyətini təmin etmək üçün qaydalar tətbiq edin və müvafiq təşkilati dəyişikliklər həyata keçirin.
Bütün bunlar məlumatları daha dəqiq və tez təhlil etməyə, hesabatları tərtib etməyə və düzgün biznes qərarları qəbul etməyə imkan verəcək.
Korporativ məlumatları kataloqlaşdırır
İT sistemlərində işlənməni 40% sürətləndirir
Məlumatların, təhlillərin və onlara əsaslanan hesabatların, o cümlədən tənzimləyici hesabatların etibarlılığını artırır
Korporativ məlumatların keyfiyyətini 60% artırır
Məhsullar və həllər
Müstəqil analitika şirkətlərinin hesabatları
IDC MarketScape tədqiqatı çərçivəsində Informatica 2020-ci ildə məlumatlar kataloqu bazarında lider hesab edilmişdir
Informatica Gartner tərəfindən artıq 5-ci dəfədir ki, metaməlumatların idarə edilməsi sahəsində lider kimi tanınmışdır