Citrix ShareFile

Əməkdaşların fayllarının saxlanılması, mübadiləsi və onlarla birgə iş zamanı təhlükəsizliyi təmin edin
Citrix ShareFile
Secure Access Service Edge (SASE) arxitekturalarının iş prinsipinin başa düşülməsi
Elektron kitab
Rəqəmsal iş yeri üçün bulud təhlükəsizlik sistemi
Elektron kitab

Məhsul haqqında

Əməkdaşların bu və ya digər biznes proseslərini yerinə yetirərkən istifadə etdikləri faylların təhlükəsiz saxlanılmasını, onların paylaşılmasını və onlarla birgə işi təmin etmək üçün nəzərdə tutulmuş həll. Citrix ShareFile məlumatların işlənilməsi mərkəzləri çərçivəsində faylların saxlanması baxımından informasiya təhlükəsizliyinə dair bütün tələblərə uyğunluğu təmin etməklə həm daxili əməkdaşlar, həm də kənar müştərilər üçün sənədlərə çıxış təmin etməyə imkan verir.

Korporativ faylların saxlanılmasını və tələb olunduqda əldə olunmasını təşkil etməyə imkan verən, informasiya texnologiyaları və informasiya təhlükəsizliyinə dair bütün müasir tələblərə uyğun olan Citrix ShareFile həllindən istifadə şirkətə aşağıdakı imkanlar sayəsində işçilərin məhsuldarlığının əhəmiyyətli dərəcədə artırılmasını mümkün edəcək:

  • Məlumatları istənilən cihaza sinxronlaşdırmaq üçün alət və tətbiqlər əldə etmək;
  • Microsoft Outlook Plug-In, Windows Explorer və Mac Finder ilə inteqrasiya etmək;
  • Çox böyük faylların saxlanması və ötürülməsini dəstəkləmə imkanları;
  • Törəmə təşkilatlar, podratçılar və ya kənar müştərilərin əməkdaşları üçün tələb üzrə bu və ya digər fayla sürətli çıxışı təmin etmək;
  • Şirkətdə artıq istifadə olunan mövcud DLP həlləri ilə inteqrasiya etməklə çox əhəmiyyətli faylları qorumaq;
  • Baxış, redaktə və giriş vaxtına məhdudiyyətlər təyin etmək imkanı olmaqla hər bir ayrıca fayl üçün nöqtəli giriş hüquqları təyin etmək;
  • Hər bir əməkdaş, qovluq və ya fayl üzrə istifadə və təhlükəsizliyə dair hesabatlar tərtib etmək;
  • SSO imkanları təmin edilməklə Active Directory uçot məlumatlarından istifadə edərək giriş və əlçatanlığı sadələşdirmək.

Ən yaxşı həllərdən istifadə edin.
Demo versiyanı elə indi sifariş edin

Əsas
imkanlar

Korporativ fayllara təhlükəsiz çıxış, onların yaradılması və mübadiləsi
Fayllarla əlaqədar iş proseslərinin sadələşdirilməsi sayəsində vaxta qənaət və istənilən cihazda işləmək imkanı
Birgə iş və təsdiq prosesini sürətləndirmək üçün fayl və məlumatlara istənilən yerdən qoşulma imkanı
Kənar DLP və Antivirus proqram təminatı ilə inteqrasiya imkanları təmin edilməklə gücləndirilmiş təhlükəsizlik
Servisi uzaqdan söndürmək, cihazda girişi bloklamaq və s. imkanları olmaqla, məxfi məlumatların necə saxlanıldığına, giriş hüququnun kimə verildiyinə nəzarət etməyə imkan verən funksiyalar dəsti
Monitorinq və hesabat mexanizmləri hesabına faylların saxlanılması və işlənilməsinin mühafizəsinin genişləndirilməsi
Sizə lazım
ola bilər
Citrix Workspace və Citrix Virtual Apps and Desktops
Bu həll əməkdaşın harada olmasından, hansı cihazdan qoşulmasından və hansı məlumat ötürmə kanallarından istifadə etməsindən asılı olmayaraq əməkdaşlarınız üçün təhlükəsiz iş yeri yaratmağa imkan verir
Citrix ADC
Tətbiqlərin çatdırılma nəzarətçiləri serverlərin yükünün tarazlaşdırılmasına yönəlmiş həllərin inkişafının növbəti mərhələsidir
Продолжая пользоваться сайтом, вы даёте Согласие на автоматический сбор и анализ ваших данных, необходимых для работы сайта и его улучшения, использование файлов cookie.