Tətbiqlərin çatdırılma nəzarətçiləri serverlərin yükünün tarazlaşdırılmasına yönəlmiş həllərin inkişafının növbəti mərhələsidir.
Tətbiqlərin çatdırılma nəzarətçiləri sizə hansı hallarda lazımdır?
- Birincisi, gec yüklənən, tez-tez ilişən və nasazlıq baş verən veb-servislərin iş keyfiyyətini artırmaq üçün.
- İkincisi, servislərin və rabitə kanallarının işi pozulduqda.
- Korporativ tətbiq və servislərin nasazlığa davamlılığının təmin edilməsinə ehtiyac olduqda.
- Daimi əlçatanlığı təmin etmək və iş sürətini artırmaq.
Microsoft TMG və ya Cisco ACE məhsullarından istifadə etdiyiniz halda da tətbiqlərin çatdırılma nəzarətçilərini tətbiq etmək barədə düşünməyə dəyər, çünki istehsalçı artıq onları dəstəkləmir. Yeni iri miqyaslı veb-layihələrin başlanılması tətbiqlərin çatdırılma nəzarətçilərinin (ADC) tətbiqi üçün zəmin ola bilər, çünki bu proses nəticəsində mütləq həmin veb-layihənin iş qabiliyyətini, nasazlığa qarşı yüksək davamlılığı və məhsuldarlığını təmin etmək zərurəti yaranacaq. Analoji vəziyyət ehtiyat Məlumatların işlənilməsi mərkəzi (MİM) qurmaq lazım olduqda da yaranır: bu halda da müxtəlif şəhərlərdə yerləşən bir neçə MİM arasında nasazlığa qarşı davamlılıq təmin edilməlidir.