Omnikanallı satışların uğurlu olması üçün məhsul haqqında məlumatlar tam və keyfiyyətli olmalıdır. Product 360 məhsulu Informatica şirkəti tərəfindən işlənib hazırlanmış, məlumatların inteqrasiyasından başlayaraq artan sayda marketinq və satış kanallarının idarə edilməsinə qədər geniş imkanlar təmin edən master məlumatları idarəetmə alətidir.
Pərakəndə satış şirkətləri, distribütorlar, istehsalçılar, eləcə də digər sahələrdə fəaliyyət göstərən şirkətlər, məsələn, avtomobil biznesinin nümayəndələri üçün Product 360 platformasından istifadə məhsul haqqında məlumatın təqdim edilməsinin bütün mərhələlərində açıq proseslərin olması deməkdir. Bu həll məlumatların idarə edilməsinə və şirkət daxilində, o cümlədən omnikanallı ticarət sahəsində inteqrasiyasına nəzarət etməyə imkan verir.